Çində 16 min məscid dağıdılıb və ya zədələnib

7-09-2026, 10:50 234 dəfə baxılıb

 

Çinin Sincan Uyğur Muxtar Rayonunda yerli müsəlmanların dini və mədəni irsinə qarşı təzyiqlər davam edir. Araşdırmalara görə, regiondakı məscidlərin ümumi sayının təxminən 65 faizi - 16 minə yaxın ibadət evi ya tamamilə sökülüb, ya da ciddi zədələnib.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə Avstraliya Strateji Siyasət İnstitutunun (ASPI) peyk görüntülərinə əsaslanan təhlilində bildirilir.

Məlumata görə, regiondakı məscidlərin yarıya yaxını bünövrəsindən sökülüb, qalanlarının isə minarələri, günbəzləri və İslam memarlığına aid tarixi elementləri məqsədli şəkildə ləğv edilib.

Mövzunu diqqətdə saxlayan "Financial Times" nəşri də peyk təsvirlərini təhlil edərək diqqətçəkən nəticələr əldə edib. Nəşrin hesabatına görə, tədqiq edilən 2 312 məscidin təxminən 75 faizi 2018-ci ildən bəri ya xarici görünüşcə tamamilə dəyişdirilib, ya da yerlə-yeksan edilib.

"Human Rights Watch" (HRW) beynəlxalq hüquq-müdafiə təşkilatı bəyan edir ki, Sincanda uyğurların dini və mədəni hüquqlarına qarşı təzyiqlər dövlət səviyyəsində daha da intensivləşib.

Hazırda Sincanla yanaşı, müsəlmanların məskunlaşdığı digər əyalətlərdə də oxşar hallarla bağlı araşdırmalar aparılır. Yaxın vaxtlarda yeni statistikanın təqdim olunacağı gözlənilir.

Çin hakimiyyəti isə məscidlərin sökülməsi və ya dəyişdirilməsi ilə bağlı iddiaları qətiyyətlə təkzib edir. Pekin rəsmiləri ölkədə dini etiqad azadlığının qanunla qorunduğunu və həyata keçirilən tədbirlərin yalnız obyektlərin modernləşdirilməsi məqsədi taşıdığını iddia edir.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930