Yeddi ölkənin vətəndaşları ABŞ-yə səfər edə bilməyəcəklər

17-12-2025, 08:38 110 dəfə baxılıb

 

ABŞ yeddi ölkənin - Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşları üçün ölkəyə girişinə tam qadağa tətbiq edəcək.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.


Bəyanata əsasən, bundan başqa, 15 ölkənin vətəndaşları üçün viza verilməsinə qismən məhdudiyyətlər tətbiq olunur: Anqola, Antiqua və Barbuda, Benin, Kot-d'İvuar, Dominika, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabve.


Eyni zamanda, Vaşinqton Türkmənistan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsinə qoyulmuş qadağanı ləğv etmək, lakin immiqrasiya vizaları üzrə məhdudiyyəti qüvvədə saxlamaq qərarına gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930