Bu il işləmək üçün Rusiyaya gedən azərbaycanlıların sayı məlum oldu

16-11-2026, 10:06 605 dəfə baxılıb

 

2026-cı ilin ilk doqquz ayında 83 991 Azərbaycan vətəndaşı işləmək məqsədilə Rusiyaya yollanıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə TASS-ın əldə etdiyi statistik məlumatlarda qeyd olunub.

Göstəriciyə görə, Azərbaycan Rusiyaya əmək miqrantı göndərən ölkələr arasında yeddinci yerdə qərarlaşıb.

Siyahıda ilk yeri 1 milyon 535 min 26 nəfərlə Özbəkistan tutur. Sonrakı yerlərdə Tacikistan (665 892), Qırğızıstan (289 061), Qazaxıstan (176 037) və Çin (127 176) qərarlaşıb.

Müqayisə üçün bildirək ki, 2025-ci ilin eyni dövründə Rusiyaya işləmək üçün 1 milyon 771 min 406 Özbəkistan vətəndaşı gedib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30