“Azercell”in kəskin qiymət artımı ilə bağlı dəyişikliyi qüvvəyə mindi – Bu gündən…

1-07-2025, 11:03 224 dəfə baxılıb

 

Bu gündən “Azercell” mobil operatorunun ödəniş kartlarının istifadə müddəti ilə bağlı etdiyi dəyişiklik qüvvəyə minib.

  Yenisirvanli.İnfo.Az pravda.az-a istinadən xəbər verir ki, fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti aşağıdakı kimi tətbiq ediləcək:

Kartın nominalı (AZN ilə) İstifadə müddəti (təqvim günü)
1 1
2 2
3 3
5 5
10 10
25 25
50 50
100 50

 

Bütün nominalı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəniş (danışıq) kartlarında yeni ödəniş kartının yükləmə müddəti ödəniş kartlarının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti +90 gün kimi saxlanılır. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəniş kartı yüklədiyi istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmçinin həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəniş kartının məbləğindən istifadə imkanına malik olacaq.

 

Ödəniş məbləğinin aralığı İstifadə müddəti (təqvim günü)
1 AZN-dan – 1.99 AZN-dək 1
2 AZN-dan – 2.99 AZN-dək 2
3 AZN-dan – 4.99 AZN-dək 3
5 AZN-dan – 9.99 AZN-dək 5
10 AZN-dan – 24.99 AZN-dək 10
25 AZN-dan – 49.99 AZN-dək 25
50 AZN-dan – 99.99 AZN-dək 50
100 AZN + 50

 

Göstərilənlərə əlavə olaraq, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin balansına elektron ödəniş üsulları ilə sərbəst seçilən nominalda pul vəsaitinin yüklənməsi imkanı təmin edilir. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan 1 AZN, 2 AZN, 3 AZN, 5 AZN, 10 AZN nominaların əvəzinə, elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilir:

Elektron ödəniş üsulları vasitəsi ilə ödəniş üçün daxil edilən məbləğin minimal həddi 1 AZN təşkil edir.

Qeyd edək ki, bu vaxta qədər fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş 1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN nominallarının əvəzinə elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilirdi.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031