Qurban kəsmək qadağan edildi

5-06-2025, 11:14 496 dəfə baxılıb

 

7 ildir şiddətli quraqlıqla mübarizə aparan və yağıntıların 30 illik orta göstəricidən 53 faiz az olduğu Mərakeşdə Qurban bayramı öncəsi heyvan kəsimi ilə bağlı bütün ticarət fəaliyyətləri qadağan edilib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Kənd Təsərrüfatı və Daxili İşlər nazirliklərinin yerli hökumətlərə göndərdiyi təlimatlar çərçivəsində heyvan bazarları da bağlanıb.

Eyni zamanda, qanunsuz satışın qarşısını almaq üçün bəzi rayonlarda yoxlamalar artırılıb.

Xatırladaq ki, Mərakeş kralı VI Məhəmməd fevral ayında Qurban bayramı ilə bağlı verdiyi açıqlamada xalqı bu il qurban kəsməkdən imtina etməyə çağırmışdı.

Mərakeş kralı Mərakeş xalqı adından simvolik olaraq qurban kəsəcəyini açıqlayıb.

Onu da bildirək ki, bu ilk deyil, ictimaiyyətdən 1963, 1981 və 1996-cı illərdə də qurbanlardan imtina etmək istənilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031