Kolbasaların içindən görün nələr çıxdı - MAL ƏTİ ƏVƏZİNƏ...

14-05-2025, 10:55 206 dəfə baxılıb

 

Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi əhalinin sağlamlığına təhlükə yaradan qidaların açıqlandığı “Təqlid edilmiş və ya saxtalaşdırılmış qidalar” siyahısını yeniləyib. 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, siyahının ən diqqət çəkən hissəsi kolbasa markaları olub.

Açıqlanan markalar aşağıdakılardır:

- Öztürk Sucuklarında sakatat (baş əti) təsbit edilib. Bu marka Sakaryada istehsal edir və məhsullarını Türkiyənin hər yerinə göndərir.

- Akkoyun markalı mal əti kolbasalarında dəri toxuması və quş əti aşkar edilib. Bu marka Altun Pazarlama Ticaret Limited Şirketi tərəfindən istehsal olunur.

- Ertürk markalı kolbasaların tərkibində mexaniki olaraq ayrılmamış quş əti və soya olduğu aşkarlanıb. Bu marka Ertürk Ət və Ət Məhsulları Qida və Qida Əlavələri Sənaye və Ticarət Limited Şirketi tərəfindən istehsal olunur.

- Ceylaner markalı toyuq kolbasalarında “mexaniki ayrılmış quş əti”ndən istifadə edildiyi aşkarlanıb.

- Afyon Keyf-i Sucuk markası ilə satışa çıxarılan istiliklə işlənmiş toyuq kolbasalarında mexaniki olaraq ayrılmış quş əti aşkar edilib.

- Afyon Gürkasap markalı mal əti kolbasalarında quş ətindən istifadə edildiyi müəyyən edilib. Bu marka Merkil Deniz Ürünleri Gıda İçki Ticarəti tərəfindən istehsal olunur.

- Merkil Deniz Ürünleri Gıda İçki Ticarətinin istehsalı olan Afyon Gürkasap markalı mal əti kolbasalarında quş əti aşkarlanıb.


 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031