Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın

Dünən, 17:05 161 dəfə baxılıb

 

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv Fay Xəritələri əsasında ölkədə zəlzələ riski ən aşağı olan 20 şəhər müəyyən edilib.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, siyahıda ilk yerləri Sinop, Artvin və Rize şəhərləri yer alır.


Səlahiyyətlilər riskin aşağı olmasına baxmayaraq, bütün vətəndaşlara zəlzələyə hazır olmaları ilə bağlı çağırış ediblər.
 

Yenilənmiş xəritəyə əsasən, siyahıda Qara dəniz və İç Anadolu bölgələrində yerləşən şəhərlər üstünlük təşkil edir. Böyük şəhərlərdən uzaq, əsas fay xətlərindən nisbətən qorunan bu bölgələr həm mövcud tikili vəziyyəti, həm də coğrafi mövqeləri baxımından daha az riskli ərazilər hesab edilir.


Türkiyədə zəlzələ riski ən aşağı olan 20 şəhər:


Sinop

Artvin

Rize

Trabzon

Giresun

Kastamonu

Bartın

Zonguldak

Karabük

Amasya

Çankırı

Yozgat

Kırşehir

Nevşehir

Niğde

Aksaray

Konya

Karaman

Kırıkkale

Edirne


"Risk aşağıdır, lakin sıfır deyil" xəbərdarlığı
 

Mütəxəssislər bildirirlər ki, bu şəhərlər böyük zəlzələlər baxımından daha az risk daşıyır, lakin Türkiyənin bütövlükdə zəlzələ ölkəsi olduğu unudulmamalıdır. AFAD nümayəndələri kiçikmiqyaslı zəlzələlər və afterşokların bu bölgələrdə də baş verə biləcəyini vurğulayıb. Eyni zamanda, riskin aşağı olduğu şəhərlərdə belə binaların möhkəmliyinin vacibliyi qeyd edilib.
 


Qəzalı və köhnə tikililər, yenə də təhlükə yarada bilər.


"Zəlzələ gerçəyini nəzarətdən kənar saxlamayın" çağırışı


AFAD bütün vətəndaşlara fövqəladə hallar planı hazırlamağı, fövqəladə çanta toplamağı və binaların gücləndirilməsi işlərinə önəm verməyi tövsiyə edərək, "Zəlzələ gerçəyini həmişə nəzərə almaq lazımdır" xəbərdarlığını edib./Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930