Bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

20-03-2025, 16:53 61 dəfə baxılıb

 

Bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

 Paytaxtın Xəzər rayonu ərazisində bir nəfərin bank kartından 2310 manat oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı S.Hüseynov müəyyən olunaraq saxlanılıb. Sumqayıt şəhərində də analoji hadisə baş verib. Qadına məxsus iki ədəd bank kartından ümumilikdə 791 manat talamaqda şübhəli bilinən 19 yaşlı S.Şıxıyev saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031