Axtarışda olan kriminal avtoriteti Hindistana təhvil veriləcək

20-03-2025, 16:39 34 dəfə baxılıb

 

Azərbaycan Carkhand ştatında ən çox axtarılan qaçağı, Bakı həbsxanasında saxlanılan, Sunil Mina kimi də tanınan Mayank Sinqhin Hindistana ekstradisiyasını təsdiqləyib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Carkhand polisinin baş direktoru Anuraq Qupta mərkəzi qurumların köməyi ilə onun ekstradisiyası ilə bağlı bütün hüquqi prosedurların tamamlandığını təsdiqləyib.

Carkhandın Terrorla Mübarizə Bölməsi (TMB) İnterpol vasitəsilə tutarlı sübutlar təqdim edib və bu, Azərbaycan məhkəməsinə Mayankı təhlükəli cinayətkar elan etməyə və onun ekstradisiyasını təsdiqləməyə imkan verib.

Carkhand TMB-nin nümayəndələrindən ibarət komanda qısa zamanda Mayankı aparmaq üçün Azərbaycana gələcək.

Bu işdə Hindistan və Azərbaycan arasında ekstradisiya müqaviləsi həlledici rol oynayıb. Polis rəsmiləri bunu xaricdən fəaliyyət göstərən cinayətkarlarla mübarizədə böyük irəliləyiş kimi qiymətləndirirlər. Onlar düçünürlər ki, Mayankın qaytarılması təkcə Carkhand polisinə kömək etməyəcək, həm də mütəşəkkil cinayətkarlıq şəbəkələrini parçalamaqda digər ştatlara yardımçı olacaq.

Mayank xaricdə həbs edilən və ekstradisiya ilə üzləşən ilk carkhandlı cinayətkar olub. O, sosial mediada dəbdəbəli həyat tərzini və müasir silahlarını nümayiş etdirməklə şöhrət qazanıb. Carkhand polisinin uzun səylərindən sonra o, keçən il Bakıda həbs edilib.

Mayankın uzun kriminal tarixçəsi var və qanqster Lourensin uşaqlıq dostu olub. Son iki il ərzində o, Malayziyadan Carkhandda qəsb və digər cinayətləri təşkil edərək polislə atışmada öldürülən qanqster Aman Sahu ilə sıx əməkdaşlıq edib. O, internet zənglərindən istifadə edərək tez-tez iş adamlarını təhdid edib, sosial şəbəkələrdə aktivlik göstərərək öz dəstəsini açıq şəkildə təbliğ edib. /"Report"

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930