BP-yə işə düzəltmək, icradan obyekt tikintisi üçün icazə - DƏLƏDUZLUQ İŞİ

23-03-2025, 20:10 70 dəfə baxılıb

 

Bakıda iki nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. O, bir nəfəri də BP-də işə düzəldəcəyini vəd edibmiş.

 

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, 34 yaşlı İlqarlı Məhəmməd Mirayif oğlu dələduzluqda ittiham edilərək hakim qarşısına çıxarılıb. O, iki nəfəri aldatmaqda ittiham edilib.

 Məhəmməd İlqarlı əvvəlcə taksi sürücüsü kimi tanıdığı Cavid adlı şəxsi BP-də işə düzəldəcəyini deyərək ondan 5950 manat alıb.

 Məhəmməd müştəri kimi Cavidin maşınına minib. Söhbət zamanı Cavid iş axtardığını deyib. Məhəmməd də onu işə düzəldə biləcəyini söyləyib. Əvvəlcə 12 min manat istəsə də sonradan 6 min manata razılaşıblar.

 Bundan başqa Məhəmməd tanışı Elçinin qohumu olan Vəkil adlı şəxsi aldadıb. Belə ki, Vəkil qeyri-yaşayış sahəsinin dam örtüyünü düzəltdirmək istəyib. Məhəmməd buna görə Xətai Rayon İcra Hakimiyyətindən icazə ala biləcəyini deyib və ondan 6790 manat alıb.

 Məhkəmə istintaqı zamanı məlum olub ki, Məhəmməd hər iki şəxsə dəymiş zərəri ödəyib. Onun ailə üzvləri hər iki zərərçəkmişin pulunu geri qaytarıblar.

 İstintaq dövründə Məhəmməd İlqarlı barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Binəqədi Rayon Məhkəməsi M.İlqarlının törətdiyi əmələ görə 6500 manat cərimə edilməsi barədə hökm çıxarıb. Musavat.com

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930