Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır

12-11-2026, 12:00 10 008 dəfə baxılıb

 Azərbaycanda broyler şirkəti əmlakını satışa çıxarır.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, “Şurabad Broyler” ASC-nin mülkiyyətində olan Xızı rayonunun Şurabad qəsəbəsində yerləşən əmlak kompleksi satılacaq.

Bununla bağlı qərar ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında veriləcək.

Qeyd edək ki, “Şurabad Broyler” ASC 1999-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Tofiq Musayevdir. Şirkətin nizamnamə kapitalı isə 193 min 290 manatdır.

Mətbuatda dərc olunan məlumatlara görə, T. Musayev “Şapka Mamed” kimi tanınan Məmməd Musayevin qardaşı oğludur.

M. Musayev “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentidir. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və cinayət işi hazırda davam edir.

Onu da qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus “Aqrarkredit” QSC-dən külli miqdarda kredit götürdüyü üzə çıxıb. Saxlanılanlar arasında “Şurabad broyler”in direktoru Tofiq Musayev də olub. olke.az



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30