Şəmkirdə qəza: sinif yoldaşları ölüb - VİDEO

12-11-2026, 11:48 216 dəfə baxılıb

 

Şəmkirdə ölümlə nəticələnən qəza baş verib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər həlak olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

***

Hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb.

“Land Cruiser” markalı avtomobilin aşması nəticəsində iki nəfər həlak olub, daha bir nəfər yaralanıb.

Yaralı şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

***

Hadisə nəticəsində Qılıncbəyli kənd sakinləri -  1995-ci il təvəllüdlü Elgün Abbasov və yaşıdı Eşqin Abbasov həlak olublar.

***

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatına görə, ilkin araşdırmalara əsasən hadisənin baş verməsinə alkoqollu içki qəbul edən sürücünün nahamar yol örtüyü olan yolda sürət həddinə nəzarəti itirməsi səbəb olub.

***

Qəza nəticəsində ölən və xəsarət alan şəxslər sinif yoldaşı olublar.

Onların hər üçü Şəmkirin Qılıncbəyli kəndindəndir.

İlkin məlumata görə, sözügedən şəxslər kafelərin birində yeyib-içdikdən sonra kəndə geri qayıdıblar. Bu zaman “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30