33 ildən sonra Şükürbəyli kəndinə köçdülər- TARİXİ AN

10-09-2026, 10:57 59 dəfə baxılıb

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Dövlətqaçqınkom- dan bildirilib ki,  bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 25 ailə – 154 nəfər köçürülüb. Kəndə köç edən sakinlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Sakinlər, həmçinin torpaqların işğaldan azad edilməsinə görə Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərin xatirəsini yad ediblər.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930