ABŞ-da benzinin qiyməti kəskin ucuzlaşdı

11-11-2026, 09:49 52 dəfə baxılıb

 

ABŞ-da benzinin qiyməti kəskin ucuzlaşıb.

Yenisirvanli.İnfo.Az xarici mətbuata istinadla xəbər veirr ki, hazırda benzinin orta qiyməti iyul ayından bəri ilk dəfə  3,98 dollara düşüb.

Məlumata görə, ölkə üzrə benzinin orta qiyməti bir həftə əvvəlki ilə müqayisədə 4,1 faiz, bir ay əvvəlki ilə nisbətən isə 8,9 faiz düşüb: "Enişə baxmayaraq, benzinin qiyməti ötən ilin eyni dövründəki səviyyədən 29,6 faiz yuxarıda qalır".

Məlumatda qeyd olunur ki, xam neftin qiymətlərinin düşməsi və mövsümi tələbatın azalması yanacaq qiymətlərinin düşməsinə səbəb olub: "Onu da yada salaq ki, ABŞ və İran arasında anlaşmanın çox yaxın olmasının anonslarından sonra Brent markalı xam neftin qiyməti 90 dollardan aşağı enib".

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dünən Ağ Evdə keçirilən mətbuat konfransında hazırda İrana qarşı yeni hərbi əməliyyatın gözlənilmədiyini deyib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30