Yəməndə toqquşma... - 300 min nəfər evlərindən didərgin düşüb

2-11-2026, 09:10 67 dəfə baxılıb

 

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (BMQT) Yəməndə davam edən daxili toqquşma ilə bağlı maraqlı statistika yayıb.

Yenisirvanli.İnfo.Az xarici mətbuata istinadla xəbər verir ki, hesabata əsasən, döyüşlər nəticəsində 300.000-dən çox insan evlərindən didərgin düşüb.

Məlumatda deyilir ki, bu, son iki ayda baş verib: "Bütün bunlar Yəməndə humanitar fəlakətə yol açıb. Hazırda ailələrin sığınacaq tapmaq və əsas ehtiyaclarını ödəmək üçün mühüm tədbirlər görülməlidir"

Xatırladaq ki, Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları 2014-cü ilin sentyabr ayından bəri paytaxt Sənanı və bəzi digər əraziləri nəzarətdə saxlayır.  Son iki ayda isə hökumət qüvvələri ilə döyüşlər şiddətlənib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30