Əliyev Vensi qarşıladı

10-02-2026, 18:10 540 dəfə baxılıb

 

Bu gün Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.


“Yenisirvanli.info.az” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-ın Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.


Fəxri qarovul dəstəsinin rəisi Vitse-prezident Ceyms Devid Vensə raport verib.


Amerika Birləşmiş Ştatlarının və Azərbaycanın Dövlət himnləri səsləndirilib.


Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezident Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunub.


Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.


Sonda rəsmi foto çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031