Azərbaycanda bütün şəhər və rayonlar gələn il öz xərclərini ödəyəcək

Bu gün, 09:20 206 dəfə baxılıb

 

2027-ci ildə Azərbaycanda 67 şəhər və rayonun heç biri dövlət büdcəsindən maliyyə yardımı almayacaq. Bu ərazi vahidlərinin gələn il öz xərclərini tam şəkildə qarşılaya biləcəyi gözlənilir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Layihəyə əsasən, gələn il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır.

2027-ci ildə daxili dövlət borclanmasının yuxarı həddi 2,5 milyard manat müəyyənləşdirilib. Bu göstərici 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 25 faiz çoxdur. Xarici dövlət borclanmasının yuxarı həddi isə 6 milyard manat səviyyəsində saxlanılıb.

Dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 2 dəfə artırılaraq 6 milyard manata çatdırılıb. İcmal büdcə kəsirinin yuxarı həddi isə 16 milyard 74,1 milyon manat müəyyən edilib ki, bu da 2026-cı ilin proqnozundan 4,9 faiz azdır.

Bundan başqa, gələn il dövlət büdcəsi xərclərinin 1,1 milyard manatı İcbari Tibbi Sığorta Fonduna ayırmalar üçün nəzərdə tutulub. Bu məbləğ ümumi xərclərin 2,6 faizini təşkil edir və 2026-cı illə müqayisədə 22,2 faiz çoxdur.

Ehtiyat fondlarına 410 milyon manat ayrılması planlaşdırılır. Bunun 300 milyon manatı Prezidentin ehtiyat fondunun, 110 milyon manatı isə büdcənin ehtiyat fondunun payına düşəcək.

Naxçıvan Muxtar Respublikasının büdcəsinə veriləcək dotasiyanın məbləği isə 198 milyon manat təşkil edəcək. Bu, 2026-cı ilin təsdiqlənmiş proqnozundan 6,4 faiz azdır.



Yenisirvanli.İnfo.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031