Prezidentin Pekində rəsmi qarşılanma mərasimi oldu

23-04-2025, 10:08 65 dəfə baxılıb

 

Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Çinin Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.

Çin nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Çin Sədri Si Cinpinə təqdim olunub.

Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.

Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930