Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

21-10-2025, 11:15 156 dəfə baxılıb

 

Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı Akorda Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.


Yenisirvanli.info.az  AZƏRTAC-a istinadən xəbər verir ki, Akorda Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.


Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edilib.


Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.


Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səslənib.


Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.


Dövlət başçıları birgə foto çəkdiriblər.


10:05


Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı Akorda Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir.


Yenisirvanli.info.az  bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031