Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində medal qazanıb 09:56 | 337

17-07-2025, 10:16 207 dəfə baxılıb

 

Azərbaycanın daha bir boksçusu Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyində medal qazanıb. 


Yenisirvanli.İnfo.Az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Səfdər Məmmədzadə (+80 kq) finalda rusiyalı Boqdan Smolkinə ldöyüşüb.

Görüş rəqibin 3:2 (26:30, 28*:28, 28*:28, 26:30, 29:27) hesablı qələbəsi ilə yekunlaşdığından boksçumuz gümüş medalla kifayətlənib.

Bununla da yığmamız Avropa birinciliyini 1 qızıl, 4 gümüş və 8 bürünc medalla başa vurub. Milli bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.

Qeyd edək ki, daha öncə Əminə Tağı (50 kq) Avropa çempionu tituluna yiyələnib. Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031