Cüdoçularımız Avropa Kubokunda medal sayına görə ikinci oldu

7-04-2025, 10:51 137 dəfə baxılıb

 Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə Azərbaycan cüdoçuları 2 medal qazanıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədəAzərbaycan Cüdo Federasiyasından bildirilib.
Ayxan Həsənli (-73 kq) və Sübhan Axundov (+90 kq) yarışın gümüş medalına yiyələnib.
Turnirin ilk günündə cüdoçularımız 7 medalla yadda qalıb. Nərmin Ağamirzadə (-48 kq) və Rəsul Əlizadə (-55 kq) qızıl, Gülşən Hüseynova (-44 kq) gümüş, Mədinə Hüseynova (-40 kq), Anar Quliyev (-50 kq) Röyal Qayıbov (-60 kq) və Əli Hümbətov (-66 kq) bürünc medalın sahibi olub.
Yeniyetmə cüdoçularımız Teplitse Avropa Kubokunu 9 medalla (2 qızıl, 3 gümüş və 4 bürünc) 38 ölkə arasında ikinci sırada bitirib.Bakupost.az
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031