Aeroport şosesində ölümlə nəticələnən qəzada xəsarət alanların SON DURUMU

6-05-2026, 11:44 1 130 dəfə baxılıb

 

Ötən gün Bakının Xəzər rayonu ərazisində, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.


“Yenisirvanli.info.az”ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 5-də saat 15:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xəzər rayonu ərazisindən çağırış qeydə alınıb.


"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 36 yaşlı şəxsə (kişi) yerində yardım olunub, 46 yaşlı şəxs (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. 33 yaşlı şəxs (qadın) isə hospital olunmaqdan imtina edib.


Sabunçu Tibb Mərkəzində döş qəfəsinin küt travması, qabırğaların çoxsaylı sınığı diaqnozları təyin edilən pasiyentin müalicəsi Müştərək travma şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda vurğulanıb.


Xatırladaq ki, qəza zamanı "Mercedes" və "XPeng" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "Mercedes"in sürücüsü Mansur Güləxan oğlu İmanov ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031