Lökbatanda DƏHŞƏTLİ YANĞIN: İkisi uşaq olmaqla dörd nəfər öldü, xəsarət alanlar var

5-12-2025, 08:17 132 dəfə baxılıb


Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 5-də, saat 03:15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.


"Dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.


Hadisə yerində dörd nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.


Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan dörd nəfərdən üçünün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Bir nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub", - deyə məlumatda bildirilir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031