Taylandda yarasalarda yeni koronavirus ştamı tapıldı

11-05-2026, 14:41 1 208 dəfə baxılıb

 

Taylandda yarasalar arasında koronavirusun yeni bir növü müəyyən edilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Cəmiyyətdə Rəqəmsal Texnologiyalar Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət Departamenti ilə birgə aparılan araşdırmalar nəticəsində yeni ştamın mövcudluğu təsdiqlənib.


“Hazırda insanlara yoluxma halları qeydə alınmayıb. Tədqiqatlar göstərir ki, virusun bu ştammı COVID-19-dan daha az patogen və yoluxucudur. Bundan əlavə, COVID-19 peyvəndləri xəstəliyin şiddətini azaltmaqda təsirli olaraq qalır. Epidemiya təhlükəsi azdır”, - deyə nazirlikdən qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031