Çində yeni koronavirus aşkar edildi

21-02-2025, 13:47 8 dəfə baxılıb

 

Çində bir qrup alim yarasalarda insanları yoluxdurmaq potensialı olan yeni koronavirus aşkar edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə məlumatı Quancou Elmlər Akademiyası, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun alimlərinin apardığı araşdırmaların nəticələrinə istinadən “South China Morning Post” yayıb.

“HKU5-CoV-2” olaraq adlandırılan yeni virusun insan hüceyrələrini də yoluxdura bildiyi qeyd olunub.

Alimlər hələ panika üçün əsas olmadığını da vurğulayıblar. Bildirilib ki, yeni virusun effektivliyi COVID-19-da olduğundan əhəmiyyətli dərəcədə azdır.

Bununla belə, mütəxəssislər hesab edirlər ki, virusun daha diqqətli araşdırılmasına ehtiyac var.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930