Vəba ilə bağlı XƏBƏRDARLIQ

25-04-2025, 11:04 112 dəfə baxılıb

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, cari ilin ilk 3 ayı ərzində üç regionun 25 ölkəsində 116 574 vəba xəstəliyinə yoluxma və bu xəstəlikdən 1 514 ölüm halı qeydə alınıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki,  ÜST xəstəliyin münaqişələr, köçkünlər və iqlimlə əlaqəli fəlakətlərdən təsirlənən həssas bölgələrdə yayılmağa davam etməsi ilə bağlı xəbərdarlıq edib. Qeyd edilir ki, ən çox yoluxma və ölüm sayı Afrikada, Şərqi Aralıq dənizi və Cənub-Şərqi Asiyada olub.

Təkcə mart ayında vəbanın fəsadlarından 517 nəfər ölüb, 22 ölkədə 32,985 yeni yoluxma qeydə alınıb ki, bu da qlobal epidemiyanın davam edən şiddətini göstərir. Ağızdan alınan vəba peyvəndinin (OCV) qlobal ehtiyatı 5,2 milyon dozada sabitləşsə də, ÜST artan qlobal tələbin təklifi xeyli üstələməsinin sürətli cavab tədbirləri və yoluxmanın qarşısının alınması kampaniyalarına əngəl törətməsi barədə xəbərdarlıq edib.

“Münaqişələr, kütləvi köçkünlər, təbii fəlakətlər və iqlim dəyişikliyi təmiz su və səhiyyə xidmətinə çıxışın məhdud olduğu kənd yerlərində və daşqından zərər çəkmiş rayonlarda vəba epidemiyasını gücləndirir”, - deyə BMT agentliyi yazıb.

Qeyd edilir ki, vəba qarşısı alına və müalicə oluna bilən xəstəlikdir, lakin vaxtında tibbi yardım göstərilməzsə, bir neçə saat ərzində öldürə bilər.

ÜST bu ölümcül xəstəliyin yayılmasının qarşısını almaq üçün suya, səhiyyə infrastrukturuna və peyvənd istehsalına çıxışın yaxşılaşdırılması üçün təcili olaraq qlobal dəstəyə çağırış edib.Modern.az 



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031