Valideynlərə XƏBƏRDARLIQ: "Uşaqlara bu peyvəndləri mütləq vurdurun, əks halda..."

26-03-2025, 18:29 157 dəfə baxılıb

 

“Peyvəndlərin təqvimə uyğun edilməsi məsələsi bu gün bütün dünyada qlobal məsələdir. Uzun illərdir istifadə olunan peyvəndlərin bəzilərini artıq bir çox ölkələrin, o cümlədən Azərbaycanın vətəndaşları uşaqlarına vurdurmaq istəmir. Xüsusilə pandemiya dövründə insanların peyvəndlərdən qaçması üçün fürsət yarandı.“

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu fikirləri həkim-pediatr Qoşqar İsmayılov açıqlamasında səsləndirib.

Pediatr: Uşaqlar arasında infeksiyon xəstəliklərin sayı artıb

“Müraciət edən pasientlərin valideynlərinə məsləhət görürəm ki, mütləq şəkildə Azərbaycanın hazırladığı cədvəldəki peyvəndlərdən istifadə etsinlər. Xüsusilə də 1 yaşına qədər olan uşaqlara vurulan, doğum zamanı edilən “BSJ” və “Hepatit B”, eləcə də qızılca peyvəndləri vurulmalıdır. Yəni, uşağa hər 2-3 və 4-6 ayında olunan peyvəndlər vacibdir.

Pediatr qeyd edir ki, pandemiya dövründə bəzi validenylər uşaqları peyvənd etdirməkdən boyun qaçırdı.

“Ona görə də, epidemiya halında göy öskürək, buna bənzər xəstəliklər, qızılca yayılmağa başladı. Son 2-3 il ərzində bunlar çoxalıb. Bunlar peyvənd olmunmayan uşaqlarda yaranan xəstəliyin digər uşaqlar arasında yayılması nəticəsində baş verdi. Məsləhətim odur ki, peyvəndləri vaxtı-vaxtında etsinlər. Etməmişdən əvvəl də sahə həkimi və ya pediatr tərəfindən müayinə olunsunlar”.


 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031