Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

7-05-2025, 12:43 53 dəfə baxılıb

 

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi rayonlarında yeni tikililərdə mənzillərin 1 kvadrat metrinin orta qiymətləri 1600-2100 manat arası dəyişirdisə, 2025-ci ildə bu rəqəm 2300-5000 manat olub.

Kəskin bahalaşmanın səbəbləri nələrdir? Paytaxtın daha çox hansı rayonlarında qiymət artımları gözə çarpır?

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, mənzil bazarında baş verən qiymət artımının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır:

"Paytaxtda sərbəst torpaq sahələrinin azalması yeni layihələrin reallaşdırılmasını çətinləşdirir. Xüsusilə mərkəzi və prestijli rayonlarda bu məhdudiyyət daha çox hiss olunur. Eyni zamanda paytaxt əhalisinin artması, regionlardan köç axınının güclənməsi və xarici vətəndaşların daşınmaz əmlaka marağı tələbatın yüksəlməsinə səbəb olub. Rusiya, Orta Asiya və Yaxın Şərqdən gələnlərin aktiv iştirakı bu prosesdə mühüm rol oynayır. Tikinti materiallarının – sement, armatur, bitum və sair beynəlxalq bazarlarda bahalaşması da qiymət artımının səbəblərindən biridir".

İqtisadçı bildirib ki, son illərdə Azərbaycanda daşınmaz əmlak sahəsi sərfəli investisiya aləti kimi qəbul edilir:

"Əhalinin böyük hissəsi pulunu mənzilə yatıraraq onu dəyər itkisindən qorumağa çalışır. Bu isə bazarda əlavə tələb formalaşdırır və qiymətləri artırır. Dövlətin ipoteka proqramlarını genişləndirməsi ilə daha çox insan mənzil ala bilir. Bu da bazara yeni alıcıların daxil olmasına şərait yaradır. Paralel olaraq, Bakı turizm potensialına görə, həm də qonaqlar üçün cəlbedici şəhərdir. "Airbnb" və digər gündəlik kirayə xidmətlərinə marağın artması bəzi rayonlarda mənzil qiymətlərinə təzyiqi artırıb. Mərkəzi rayonlarda bu amil xüsusilə nəzərə çarpacaq".

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, rəsmi göstəricilərə görə, 2021-2025-ci illər arasında ilkin mənzil bazarında 55 faiz qiymət artımı qeydə alınıb:

"Ən yüksək artım Ağ Şəhər ərazisində olub. Həmçinin, Nardaran-Ləhiş bağlarında, "SeaBreeze"də torpaq qiymətləri 70-100 faiz arasında bahalaşıb".


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031