“Vilayət Eyvazova müraciət etmişdim, dərhal reaksiya verildi”

18-02-2025, 12:50 3 dəfə baxılıb

 

“Bir neçə saat əvvəl daxili işlər naziri Vilayət Eyvazov cənablarına müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verilməklə, məni narahat edən halların aradan qaldırılması polis əməkdaşları tərəfindən təmin olundu”.

Yenisirvanli.İnfo.Az  xəbər verir ki,  bunu Əməkdar jurnalist Afət Telmanqızı mənzilinin kirayəşin tərəfindən qarət edilməsi ilə bağlı operativ reaksiyaya görə DİN rəhbərinə təşəkküründə bildirib.

“İnsanı məmnun edən dəyərlərdir, qayğıdır. Bu gün bu dəyərin, qayğının, göstərilən münasibətin bir daha şahidi oldum. Müraciətimə diqqətli yanaşıldığına görə təşəkkür edirəm!”, - deyə, o sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, ötən gün Afət Telmanqızı Şəmkir rayon sakini Aygün Cavadova adlı şəxsin yanvarın 15-dən kirayənişin kimi evinə yerləşdiyini, qısa müddət sonra kompüter, planşet, telefon və digər əşyalarını oğurlayaraq qaçdığını açıqlamışdı. O, məsələ ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova açıq məktub ünvanlamışdı.(“Qafqazinfo”)

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930