Bakıda gecə klubunun sahibi FHN əməkdaşlarını qovdu - Qərar verildi

18-02-2025, 12:27 4 dəfə baxılıb

 

Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində (Tarqovı) yerləşən "Enjoy Club"dan vəzifəli şəxslər qovulub.

Yenisirvanli.İnfo.Az  Qaynarinfo-ya istinadən məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları "Enjoy" gecə klubunda yanğın təhlükəsizliyi ilə bağlı planlı yoxlama keçirilib. Yoxlama zamanı klubun sahibi D.C. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının binaya daxil olmasına maneə törədib.

 

"Enjoy" klubunda planlı yoxlama zamanı sahibkar tərəfindən müvafiq sənədlər təqdim edilməyib, yaranan suallara yanlış cavablar verilib, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə şərait yaradılmayıb. Bu səbəbdən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə protokol tərtib edilib.

 Məhkəmənin qərarı ilə "Enjoy Club"un sahibi 1000 manat məbləğində cərimə olunub. Həmçinin klubda planlı (növbəti) yoxlama keçirilməsi qərara alınıb.

 Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Yenisirvanli.İnfo.Az   







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930