Rəşid Mahmudov estetik etdirənləri QINADI: “30 yaşdan aşağıların ağlı yoxdur”

18-02-2025, 11:30 3 dəfə baxılıb

 

Baku TV-nin “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.

Yenisirvanli.İnfo.Az  xəbər verir ki, Proqramın qonağı tibb elmləri namizədi Rəşid Mahmudov olub.

Homoseksuallıqdan söz açan Rəşid Mahmudov bildirib ki, kişilərin özlərini qadın kimi aparması xəstəlikdir:

“Qadınlarda və kişilərdə estrogen və testosteron hormonları ifraz olunur. Bunlar həm qadınlarda, həm də kişilərdə mövcuddur. Qadınlarda estrogen çox, testosteron isə azdır. Lakin kişilərdə estrogen az, testosteron çoxdur. Kişilərin cinsi orqanında testosteronla yanaşı, estradiol da ifraz olunur. O, çoxalmağa başlayanda kişilər özlərini qadın kimi aparırlar. Bu isə xəstəlikdir. Ancaq həmin hormonun səviyyəsini aşağı salmaq mümkündür”.

Plastik əməliyyat etdirənləri qınayan Rəşid Mahmudov bunun artma səbəbini insanların savadsızlığı ilə əlaqələndirib:

“Onların çoxu formaya aldanırlar. Amma burunun yekə, qarının balaca olması gözəllik əlaməti deyil. Plastik əməliyyat ağılsızlığın göstəricisidir. Ora-buranızı kəsdirməyin, bu, normal hal deyil. Siz Allahdan ağıllı deyilsiniz”.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930