Vəsiyyətnaməsinə Ukraynanı da daxil edibmiş

4-12-2025, 13:38 131 dəfə baxılıb

 

Bu ilin aprelində vəfat edən Roma Papası Fransisk hələ sağlığında öz vəsiyyətnaməsinə Ukraynanı daxil edib.


Yenisirvanli.info.az  “BILD” nəşrinə istinadən xəbər verir ki, bu barədə ispaniyalı rahibə Lusia Karam yerli radio kanallarından birinin efirində bildirib.


Karamın sözlərinə görə, pontifik döyüş ərazilərindəki tibb işçilərinə dəstək vermək üçün mirasının bir hissəsinin ayrılmasına şəxsən diqqət yetirib.


Məlumata görə, bu məqsədlə Papa fondundan ayrılacaq vəsait Ukraynanın döyüş bölgələri üçün təcili tibbi yardım avtomobillərinin alınmasına yönəldiləcək. 


Xatırladaq ki, Papa Fransisk aprelin 21-i 88 yaşında vəfat edib. O, Santa Maria Maggiore bazilikasında dəfn olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031