Roma Papası dəfn edilir – VİDEO,FOTO

26-04-2025, 13:19 168 dəfə baxılıb

 

Vatikanda Roma Papası Fransiskin dəfn mərasimi başlayıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, mərasimə dövlət və hökumət başçıları, ruhanilər və dünyanın müxtəlif yerlərindən gəlmiş qonaqlar qatılıb.

Dəfn mərasimində təxminən 140 min insanın iştirak etdiyi bildirilir.

Qeyd edək ki, mərasim Vatikanın Müqəddəs Pyotr meydanında təşkil edilib və xüsusi təhlükəsizlik tədbirləri görülüb.

Qonaqlar arasında ABŞ prezidenti Donald Tramp, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa prezidenti Emmanuel Makron və digər şəxslər var. Azərbaycanı Milli Məclisin spikeri Sahibə Qafarova təmsil edəcək. İtaliya mətbuatının məlumatına görə, mərasimdə 500 minə qədər adamın iştirakı gözlənilir.

Papa öz vəsiyyətində heç bir xüsusi bəzəkləri olmayan sadə bir məzarda dəfn edilməsini istəyib, dəfn yeri kimi Müqəddəs Pyotr Bazilikasını deyil, Santa Maria Maggiore Bazilikasını seçib. Məzar daşının üzərində yalnız bir söz olacaq: “Frencis”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930