Qəzzada atəşkəslə bağlı “Sülh Sammiti” keçiriləcək
Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəs məsələsinə həsr olunmuş zirvə toplantısı keçiriləcək.
“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi məlumat yayıb.
Bildirilib ki, “Sülh Sammiti” oktyabrın 13-də baş tutacaq və toplantıya Misir və ABŞ prezidentləri sədrlik edəcək.
Qeyd olunur ki, sammitə 20 ölkənin lideri dəvət olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: