Qəzza üzrə "Sülh Sammiti"ndə iştirak edəcək dövlət rəhbərlərinin adları açıqlanıb

12-10-2025, 13:22 97 dəfə baxılıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza üzrə "Sülh Sammiti"ndə iştirak edəcək.


Yenisirvanli.info.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.


Türkiyə lideri bu məqsədlə oktyabrın 13-də Misirə səfər edəcək.


ABŞ Prezidenti Donald Trampın da sammitdə iştirak edəcəyi təsdiqlənib. "The Guardian" nəşri Ağ Ev rəhbəri və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin "Süıh Sammiti"nə başçılıq edəcəklərini yazıb.


Sammitdə 20-dən çox dövlət rəhbərinin iştirakı gözlənilir. Onların arasında Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Corcia Meloni, İspaniyanın Baş naziri Pedro Sançes, Fransa Prezidenti Emmnuel Makron və BMT-nin baş katibi Antonio Quterreş də var.


Xatırladaq ki, oktyabrın 13-ü Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında müharibənin dayandırılmasına həsr olunmuş "Sülh Sammiti" keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031