HƏMAS sülh sazişinin imzalanmasında iştirak etməyəcəyini bildirib
"Fələstinin HƏMAS hərəkatının nümayəndələri Qəzzada atəşkəs sazişinin imzalanması mərasimində iştirak etməyəcəklər".
Yenisirvanli.info.az bildirir ki, bunu HƏMAS-ın siyasi bürosunun üzvü Husam Badran AFPTV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, HƏMAS şəxsən iştirak əvəzinə, mərasimdə Qətər, Misir və Türkiyədən olan vasitəçilərə arxalanacaq.
Xatırladaq ki, oktyabrın 13-ü Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında müharibənin dayandırılmasına həsr olunmuş "Sülh Sammiti" keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: