SON DƏQİQƏ! Ünlü müğənni Volkan Konak konsert səhnəsində öldü

31-03-2025, 11:30 97 dəfə baxılıb

 

Türk musiqisinin tanınmış nümayəndəsi, “Kuzeyin Oğlu” ləqəbli Volkan Konak 58 yaşında vəfat edib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, o, Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) verdiyi konsert zamanı səhnədə qəfil halı pisləşərək yerə yıxılıb. İzləyicilər tərəfindən dərhal ilk yardım göstərilib və təcili tibbi yardım çağırılıb. Konak, Mağusa Dövlət Xəstəxanasına çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, həyatını itirib.

Volkan Konak 27 fevral 1967-ci ildə Trabzonun Maçka ilçəsinin Yeşilyurt kəndində anadan olub. İlk, orta və lisey təhsilini Maçkada tamamladıqdan sonra, 1983-cü ildə İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasına daxil olub və 1988-ci ildə məzun olub. Eyni il İstanbul Texniki Universitetində Sosial Elmlər üzrə magistr təhsilinə başlayıb və 1991-ci ildə tamamlayıb.

Musiqi karyerasına 1989-cu ildə “Suların horon yeri” adlı albomu ilə başlayan Konak, sonrakı illərdə “Efulim” (1993), “Gelir misin Benimle” (1994), “Volkanik Parçalar” (1996), “Pedaliza” (1998), “Şimal Rüzgârı” (2000), “Maranda” (2003), “Mora” (2006), “Mimoza” (2009), “Lifor” (2012), “Manolya” (2015) və “Dalya” (2019) kimi albomlarla geniş dinləyici kütləsi qazanıb.

Qaradəniz musiqisini universal musiqi formaları ilə birləşdirərək özünəməxsus üslub yaradan sənətçi, Nâzım Hikmət, Yaşar Miraç, Ömer Kayaoğlu və Sunay Akın kimi şairlərin əsərlərini bəstələyib. “Cerrahpaşa” adlı mahnısı ilə böyük uğur qazanmış və 2006-cı ildə çıxardığı “Mora” albomu Türkiyə Musiqi Prodüserləri Birliyi (MÜ-YAP) tərəfindən qızıl plaketlə təltif olunub.

Volkan Konak, musiqi fəaliyyətinin yanı sıra, sosial məsuliyyət layihələrinə də böyük önəm verirdi. 2012-2013-cü illərdə Maçka bölgəsindəki tələbələrə təhsil bursları təmin edərək, onların akademik inkişafına dəstək olub. Sənətçinin bu təşəbbüsü sayəsində onlarla tələbə təhsil alma imkanı əldə edib.

Ailəli olan Volkan Konak, üç uşaq atası idi. Sənətçinin vəfatı Türkiyə və dünya musiqi ictimaiyyətində dərin kədər yaradıb.

Allah rəhmət etsin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930