Müğənni Emil Rusiyada saxlanıldı

26-03-2025, 18:16 65 dəfə baxılıb

 

Rusiyada “Səs” şousunun azərbaycanlı iştirakçısı Emil Kadırov saxlanılıb.

 

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, Kadırov "Puşkin kartı" federal proqramı ilə 1,3 milyon rubl məbləğində dələduzluqda şübhəli bilinir.

 

İstintaqın versiyasına görə, 31 yaşlı Kadırov tanışı, "Eldar" kino-konsert zalının bədii rəhbərinin müavini işləyən Yelena Qurko ilə birgə hərəkət edib. İlkin məlumata görə, cütlük Emil üçün "Eldar" kino-konsert zalında saxta konsertlər təşkil edib, konsertə biletlər "Puşkin kartları" ilə satılıb. Həqiqətdə konsert keçirilməyib, amma kino-konsert zalına büdcədən pul köçürülüb.

 

Dövlət büdcəsinə dəyən ümumi zərərin təxminən 1,3 milyon rubl olduğu bildirlib.

 

Səlahiyyətli orqanlar müğənninin konsertlərinə dövlət hesabından şübhəli şəkildə külli miqdarda pul xərcləndiyini görəndən sonra onunla maraqlanıblar.

 

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsində xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi açılıb./APA

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930