164 saylı tam orta məktəbin qalmaqallı direktor vəzifədən çıxarılır? -İDDİA

18-02-2025, 17:51 6 dəfə baxılıb


Bakı şəhəri Nəsimi rayonunda fəaliyyət göstərən 164 saylı tam orta məktəbin direktoru Kəmalə Qədirova yaxın zamanlarda vəzifədən çıxarılacaq.

 Yenisirvanli.İnfo.Az  xəbər verir ki, bu barədə əldə etdiyimiz məlumatda deyilir.

Məktəb direktorunun konkret hansı səbəbə görə işdən çıxarılacağı aydın olmasa da, bu qərarın verilməsində Kəmalə Qədirovadan zaman-zaman aidiyyatı qurumlara edilən çoxsaylı şikayətlər ehtimal edilir.

Qeyd edək ki, ötən il 164 saylı məktəbin bir qrup müəllimi Kəmalə Qədirovanın qeyri-etik davranışı, kobud rəftarı, təhdid və hədələrindən bezdiklərini bildirirək rəhbərliyin direktor barəsində tədbir görməyəcəyi təqdirdə işlərini boykot edəcəklərini bildirirdilər.

Xatırladaq ki, 164 saylı tam orda məktəbin direktoru Kəmalə Qədirova 2022-ci ildə daha bir qalmaqalla mətbuatın diqqətinə gəlmişdi.

Belə ki, 9 May – Qələbə Günü ilə bağlı 164 saylı məktəbdə keçirilən tədbirdə iştirak edən şagirdlərin sinəsinə Rusiya imperiyasını simvolizə edən "Georgi lenti”nin yapışdırılmışdı.

Bu hadisə ictimaiyyət arasında ciddi rezonansa səbəb olsa da, Təhsil nazirliyi sözügedən məsələyə münasibət bildirmədi.(qlobal.az)

 Yenisirvanli.İnfo.Az   






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930