Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başladı - Fotolar

14-03-2026, 16:27 899 dəfə baxılıb


Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilən yarış qadın atletlərin mübarizə ilə başlayıb.


Mükafatlar uğrunda paytaxt və bölgələrimizi təmsil edən 80-ə yaxın idmançı yarışır. 


Ölkə çempionatının açılış mərasimi Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Açılış mərasimində çıxış edən AAF-ın vitse-prezidenti Firdovsi Umudov federasiya rəhbərliyi adından yarış iştirakçılarını salamlayıb. Respublikamızda idmana və idmançılara dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini diqqətə çatdıran Firdovsi Umudov, ölkədaxili yarışların önəmindən danışıb. O qeyd edib ki, Olimpiya Təsnifat yarışları ərəfəsində AAF rəhbərliyi tərəfindən idmançıların hazırlığına xüsusi həssaslıqla yanaşılır.


İlk yarış günü qadınların mübarizəsində VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Nuray Əbilova 53 kq çəki dərəcəsində qalib adını qazanıb. O iki hərəkətin cəmində 138 kq (60 kq+ 78 kq) nəticə göstərib. 


Türkanə Eminova 58 kq çəki dərəcəsində göstərdiyi 120 kq (57 kq + 63 kq) nəticə ilə birinci olub.


Milena Hüseynli 63 kq çəki dərəcəsində 98 kq (43kq + 55 kq) göstərici ilə qalib adını qazanıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031