Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır

10-02-2026, 13:11 520 dəfə baxılıb

 

İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunları davam edir.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu gün Azərbaycan milli komandası da mübarizəyə start verəcək.


Azərbaycanı Olimpiadada fiqurlu konkisürmədə Vladimir Litvintsev, dağ xizəyində Anastasiya Papatoma təmsil edəcək. 


Vladimir Litvintsev bu gün yarışa qoşulacaq. Fiqurlu konkisürmə üzrə yarış Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.


Bu gün həmçinin dağ xizəyi, biatlon, xizəksürmə, körlinq, fiqurlu konkisürmə, sərbəst üslubda xizəksürmə, hokkey, kirşə, xizək ikinövçülüyü, qısa proqramda sürətli konkisürmə, skeleton, xizəklə tramplindən tullanma üzrə yarışlar keçiriləcək.


Qeyd edək ki, Vladimir Litvintsev fevralın 13-də sərbəst proqramda, Kortina Ampetso şəhərində isə idmançımız Anastasiya Papatoma dağ xizəyi üzrə yarışlarda fevralın 18-də öz qüvvəsini sınayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031