Mahir Emreli daha tez qayıda bilər

2-01-2026, 13:16 121 dəfə baxılıb

 

İkinci Bundesliqanın 12-ci turunda “Herta”ya (Berlin) 0:1 uduzduqları görüşdə zədələnən “Kayzerslautern”in və millimizin futbolçusu Mahir Emrelinin bərpa prosesi sürətli gedir.


“Yenisirvanli.info.az” xəbər verir ki, millinin hücumçusu artıq fərdi məşqlərə başladığı üçün vaxtından əvvəl meydana qayıda bilər. 


O, gələn həftə topla məşqlərə start verəcək. Azərbaycan millisinin üzvünün ən pis halda 2-ci Bundesliqanın qarşıdakı iki turunu buraxacağı ehtimal edilir.


Qeyd edək ki, ikinci Bundesliqanın növbəti turuna yanvarın 16-sı start veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031