Almaniya klubu azərbaycanlı futbolçunu cəzalandırdı

26-08-2025, 10:51 94 dəfə baxılıb

 

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov klubu "Dinamo Berlin" tərəfindən cəzalandırılıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, buna səbəb 33 yaşlı hücumçunun Almaniya Kubokunun 1/32 final mərhələsində "Bohum"la ev oyununda qırmızı vərəqə almasıdır.

Berlində baş tutan və 90 dəqiqəsi 1:1 hesabı ilə yekunlaşan matçın 103-cü dəqiqəsində Dadaşov rəqibin üzünə zərbə vurduğu üçün meydandan qovulub.

Komandası isə qalan dəqiqələrdə daha iki qol buraxaraq, 1:3 hesabı ilə məğlub olub və ölkə kubokundan kənarlaşdırılıb.

Birbaşa qırmızı vərəqə millimizin keçmiş forvardının kubok yarışlarından ikioyunluq diskvalifikasiyası ilə nəticələnib. Bununla yanaşı, klub rəhbərliyi də Dadaşova müəyyən məbləğdə cərimə kəsmək qərarına gəlib.

Qeyd edək ki, Rüfət Dadaşov 2013-2019-cu illərdə Azərbaycan millisinin heyətində 24 oyunda beş qol vurub.



 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031