Ayxan Abbasov Nəriman Axundzadənin transfer iddialarına münasibət bildirdi

28-12-2025, 16:49 112 dəfə baxılıb

 

Nəriman Axundzadənin son dövrlərdə azarkeşlərin təzyiqləri ilə üzləşməsi milli komandamızın baş məşqçisi Ayxan Abbasovu da narahat edən məsələlərdən biridir. Nərimanın forması və çıxışı, xüsusən mərkəz hücumçusu baxımından sıxıntıları olan yığmamıza təsirsiz ötüşməyəcək.


Yenisirvanli.info.az  xəbər verir ki, "Qarabağ"ın hücumçusunun ətrafında yaranmış vəziyyətlə bağlı milli komandamızın baş məşqçisi Ayxan Abbasov Sportal.az-a açıqlama verib:


"Hazırda millimizin 4 hücumçusu var - Renat, Mahir, Nəriman və Musa. Onlardan Mahir və Nərimanı cinahlarda da istifadə edə bilirik. Amma indiki halda hərəsinin özünə görə problemləri var. Mahir zədəlidir. Renatın Polşa karyerası uğurlu olmadı. Musa da zədə səbəbindən xeyli oyun buraxıb, yalnız son vaxtlar davamlı çıxış etməyə başlayıb.


Nərimana gəlincə, xaricə getməsi və ya getməməsi ilə bağlı bir söz deyə bilmərəm. Bu, klubun daxili işidir. İndi ona olan təzyiqlər çoxdur. Amma Nəriman psixoloji cəhətdən daha güclü olmağı öyrənməli və çətinlikləri aşmağa çalışmalıdır.


"Qarabağ"dakı yerlilərin Çempionlar Liqasında oynaması millimiz üçün də üstünlükdür. Böyük turnirlərdə qazanılan təcrübə milli komandamızın xeyrinədir. Xüsusən də böyük yığmalarla oyunlarda buna çox ehtiyac olur", - deyə Ayxan Abbasov bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031