Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurublar

26-10-2025, 17:41 80 dəfə baxılıb


Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatını 8 (2 qızıl, 3 gümüş və 3 bürünc) medalla başa vurublar.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Boks Federasiyası məlumat yayıb.


Komandamızın heyətində Xumar Cəfərli (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Yağmur Eryurtu (Türkiyə) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub etməklə Budvada Azərbaycan himnini səsləndirib. Bu qızıl medal ölkəmiz üçün əlamətdar olub. Boks tariximizdə ilk dəfə qız idmançımız U-15 Avropa çempionatının qalibi adına yiyələnib.


Onun uğurunu Mehran Rəsulov (80 kq) da təkrarlayıb. Finalda Sergiy Kotovskini (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçumuz qızıl medala layiq görülüb. Bu, Rəsulovun karyerasında Avropa birinciliklərinin 3-cü mükafatı olub. O, bunadək 2 dəfə bürünc medal əldə edib.


Digər boksçularımızdan Nəsrin Abdullazadə (40 kq), Nurlan Müseyibli (66 kq), Yusif Ağakişiyev (75 kq) gümüş, Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) bürünc medal qazanıblar.


Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışı Azərbaycan millisi komanda hesabında 6-cı yeri tutub.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031