III MDB Oyunlarının bağlanış mərasimi keçirilir

8-10-2025, 19:31 136 dəfə baxılıb

 

Gəncə Stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilir.


Yenisirvanli.info.az  xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak edirlər.


Qeyd edək ki, sentyabrın 28-də start götürmüş yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edib.


III MDB Oyunlarının qalibi 231 medalla Rusiya olub. Onların aktivində 130 qızıl, 61 gümüş, 40 bürünc medal var. Azərbaycan medal sıralamasında ikinci olub. Komanda Oyunlarda 184 (33 qızıl, 56 gümüş, 95 bürünc) medal qazanıb. İlk üçlüyü isə 122 medalla Belarus "qapayıb". Komanda 32 qızıl, 38 gümüş, 52 bürünc medala sahib çıxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031