Messi het-trik etdi, komandası üçüncü oldu
MLS müntəzəm çempionatının növbəti turu çərçivəsində "Neşvill" doğma meydanda "İnter Mayami"ni qəbul edib.
Yenisirvanli.info.az xəbər verir ki, "QEODİS Park" stadionundan keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:5.
"İnter Mayami"nin heyətində Lionel Messi het-trik edib. O, görüşdə bir məhsuldar ötürmə ilə də yadda qalıb.
Qeyd edək ki, bu, MLS-nin son turu olub. Onun nəticəsinə əsasən, "İnter Mayami" Şərq Konfransında 65 xal toplayaraq turnir cədvəlində üçüncü yeri tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: