“Neftçi” “Şamaxı” səfərində üç xal qazandı

7-04-2025, 18:27 58 dəfə baxılıb

 

Azərbaycan Premyer Liqasının 29-cu turunda “Şamaxı” doğma meydanda “Neftçi”ni qəbul edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb – 0:2.

Qonaqların ilk qolunu 42-ci dəqiqədə Ramil Şeydayev penalti ilə vurub. Matçın sonlarına yaxın – 89-cu dəqiqədə isə Filip Ozobiç fərqlənərək hesabı müəyyənləşdirib.

Bu nəticə ilə 35 xala yüksələn “Neftçi” turnir cədvəlində 6-cı pillədəki mövqeyini qoruyub. 28 xalı olan “Şamaxı” isə 8-ci sırada qərarlaşıb.Tia,az



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930