Klublararası dünya çempionatı: Messi möhtəşəm qolla komandasına qələbə qazandırdı VİDEO

20-06-2025, 11:19 495 dəfə baxılıb

 

Klublararası dünya çempionatının A qrupunda "İnter Mayami" (ABŞ) və "Portu" (Portuqaliya) komandalarının qarşılaşdığı 2-ci turun oyunu başa çatıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, qarşılaşma Atlantada (ABŞ) baş tutub.

"İnter Mayami" hesabda geri olsa da, yekunda rəqibini 2:1 hesabı ilə üstələyə bilib.

ABŞ təmsilçisinin qollarını Telasko Seqoviya və cərimə zərbəsindən Lionel Messi vurublar. "Portu"dan isə penaltidən Samuel Aqehova fərqlənib.

Bu nəticədən sonra "İnter Mayami" xalını dördə yüksəldib. Qrupun digər iştirakçısı "Palmeyras" da eyni xala sahibdir. "Portu" və "Əl-Əhli" isə bir xal toplayıblar.
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031