Serbiya millisinin baş məşqçisi istefa verdi
Draqan Stoykoviç futbol üzrə Serbiya milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.
Yenisirvanli.info.az Sports.ru-ya istinadən xəbər verir ki, Stoykoviç 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində evdə Albaniya millisini qəbul edən Serbiya yığmasının 0:1 hesabı ilə uduzmasından sonra bu qərara gəlib.
Serbiya millisi beş oyundan sonra yeddi xalla turnir cədvəlində üçüncü yerdə qərarlaşıb.
60 yaşlı mütəxəssis yığmaya 2021-ci ildən başçılıq edirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: